09:55
(077) 610-22-33

“Əkrəmə qarşı kampaniya Ziyalılar Forumuna zərbə vurmaq üçündür” - AÇIQLAMA

  • >
182 8 Fevral 2013 14:46 | Siyasət

"Əkrəm Əylisliyə qarşı aparılan kampaniya birbaşa Ziyalılar Forumu ilə bağlıdır. Əsas məqsəd Ziyalılar Forumuna xələl gətirməkdir". Bu fikirləri politoloq Zərdüşt Əlizadə Əkrəm Əylisli ətrafında baş verən hadisələrin Ziyalılar Forumunun işinə mənfi təsir edəcəyi ilə bağlı iddiaları Modern.az-a şərh edərkən bildirib.

"Amma Ziyalılar Forumu bunda sonra da öz işini görəcək, Əkrəm Əylisli ilə bağlı hadisələr onların işinə təsir etməyəcək"-deyən politoloqun fikrincə, "Daş yuxular" əsəri ilə Azərbaycanda böyük qəzəbə düçar olan yazıçının yaradıcılığı Ziyalılar Forumunun işinə, onlar prezident seçkiləri ilə bağlı irəli sürdüyü strateji planlara mənfi təsir göstərməməlidir.

"Əkrəm Əylisli hakimiyyəti tənqid etməsəydi, buna heç kim fikir də verməzdi. Digər tərəfdən Ziyalılar Forumu təkcə Əkrəm Əylislidən ibarət deyil. Orda başqaları da var. Mən bir söz deyim ki, bu hadisələrdən sonra ağıllı adamların ona hörməti daha da artdı. Ziyalılar Forumu bundan sonra da öz işini görəcək, hesab edirəm ki, Əkrəm Əylislinin ətrafında baş verən hadisələr onların işlərinə mənfi təsir göstərməyəcək",-deyə Z.Əlizadə bildirib.

AzNews.az
Bağla X