Prezident İlham Əliyev Oman sultanı Qabus bin Səidə təbrik məktubu göndərib. Prezident İlham Əliyev Oman sultanı Qabus bin Səidə təbrik məktubu göndərib.

Prezident Oman sultanını təbrik edib

Prezident İlham Əliyev Oman sultanı Qabus bin Səidə təbrik məktubu göndərib.

AzNews.az xəbər verir ki, məktubda deyilir: "Oman Sultanlığının milli bayramı münasibətilə Sizə və Sizin simanızda bütün xalqınıza öz adımdan və Azərbaycan xalqı adından ən səmimi təbriklərimi yetirirəm.

Belə bir xoş gündə Sizə möhkəm cansağlığı və xoşbəxtlik, dost Oman xalqına daim əmin-amanlıq və firavanlıq diləyirəm".