Mərkəzi Seçki Komissiyası (MSK) bu gün keçirilən iclasda aprelin 11-ə təyin edilmiş növbədənkənar prezident seçkilərində iştirak istəyən daha 7 nəfərin namizədliyinin irəli sürülməsinin təsdiq edilməsi məsələsinə baxıb. Mərkəzi Seçki Komissiyası (MSK) bu gün keçirilən iclasda aprelin 11-ə təyin edilmiş növbədənkənar prezident seçkilərində iştirak istəyən daha 7 nəfərin namizədliyinin irəli sürülməsinin təsdiq edilməsi məsələsinə baxıb.

7 nəfərin prezidentliyə namizədliyi təsdiqləndi - Adlar

Mərkəzi Seçki Komissiyası (MSK) bu gün keçirilən iclasda aprelin 11-ə təyin edilmiş növbədənkənar prezident seçkilərində iştirak istəyən daha 7 nəfərin namizədliyinin irəli sürülməsinin təsdiq edilməsi məsələsinə baxıb.

Modern.az-ın məlumatına görə, iclasda prezidentliyə namizədliyi Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyası tərəfindən irəli sürülmüş Qüdrət Həsənquliyevin, prezidentliyə namizədliyi özü tərəfindən irəli sürülmüş Asif Məmmədovun, prezidentliyə namizədliyi Milli Dirçəliş Hərəkatı Partiyası tərəfindən irəli sürülmüş Fərəc Quliyevin, prezidentliyə namizədliyi “Cəbhəçilərin təşəbbüs qrupu” tərəfindən irəli sürülmüş Razi Nurullayevin, prezidentliyə namizədliyi özü tərəfindən irəli sürülmüş Elşən Həsənovun, prezidentliyə namizədliyi Azərbaycan Sosial Demokrat Partiyası tərəfindən irəli sürülmüş Araz Əlizadənin, prezidentliyə namizədliyi Müasir Müsavat Partiyası tərəfindən irəli sürülmüş Hafiz Hacıyevin namizədliyinin irəli sürülməsinin təsdiq edilməsi məsələsinə baxılıb.

İclasda qeyd olunub ki, yuxarıda adları qeyd olunan şəxslərin prezidentliyə namizədliklərinin irəli sürülməsinin təsdiq edilməsi üçün hüquqi əsaslar mövcuddur. Daha sonra onların hər birinin namizədliyinin irəli sürülməsinin təsdiq olunması məsələsi ayrı-ayrılıqda səsə qoyulub və təsdiq edilib.

Daha sonra prezidentliyə namizədliyi irəli sürülmüş şəxslərin səlahiyyətli nümayəndələrinin qeydə alınması məsələsinə baxılıb və təsdiqlənib.

AzNews.az