“DÇ-2022”-nin final mərhələsi nə vaxt keçiriləcək?

FİFA rəhbərliyi 2022-ci ildə Qətərdə baş tutacaq dünya çempionatının final mərhələsinin təqvimini təxminən müəyyənləşdirib. Qol.Az-ın xəbərinə görə, bu haqda Almaniyanın nüfuzlu "Kicker" jurnalı məlumat yayıb.

Təqvimə əsasən, turnirin açılış matçı noyabrın ortalarında, final görüşü isə dekabrın 18-də keçiriləcək.

Jurnal yazıb ki, məhz bu səbəbdən Almaniya bundesliqası yaz-payız sistemində keçirilə, çempionata oktyabrda yekun vurula bilər.

Xatırladaq ki, DÇ-nin final mərhələsinin qışda keçirilməsi təşəbbüsü ilə FİFA prezidenti Yozef Blatter çıxış edib. Buna səbəb yayda Qətərdə havanın hərarətinin 50 dərəcəyədək çatmasıdır.

AzNews.az