- Dünyanın halı
- 20 İyun 11:12
- 5 162
Zelenski Lukaşenkoya bir həftə vaxt VERDİ
Ukrayna Prezidenti Volodimir Zelenski bəyan edib ki, Belarus rəhbəri Aleksandr Lukaşenkonin ölkə ərazisindən Rusiyanın Ukraynaya hücumlarda istifadə etdiyi hərbi avadanlıqları çıxarması üçün bir həftə vaxtı var.
Bu barədə Reuters agentliyi məlumat yayıb.
Zelenskinin sözlərinə görə, Ukrayna ilə həmsərhəd olan iki Belarus vilayətində Rusiya ordusunun mülki obyektlərə zərbələr zamanı hədəfləri yönləndirmək üçün istifadə etdiyi retranslyasiya stansiyaları yerləşir.
Ukrayna lideri bildirib ki, Belarusun müharibədə iştirak etmək istəmədiyi barədə bəyanatlar bu şəraitdə inandırıcı görünmür.
“Onun müharibədə iştirak etmək istəmədiyini deməsinin nə mənası var? Qoy həmin avadanlıqları çıxarsın, qoy onları söndürsün. Hesab edirəm ki, bunun üçün bir həftə kifayətdir. Əgər bunu etməsə, biz edəcəyik”, – deyə Zelenski Kiyevdə keçirdiyi mətbuat konfransında bildirib.
Ukrayna Prezidenti əlavə edib ki, Belarus ərazisində yerləşən və Rusiyanın hərbi əməliyyatlarında istifadə olunan infrastruktur Ukraynanın təhlükəsizliyi üçün təhdid yaradır və bu təhlükənin aradan qaldırılması üçün lazımi addımlar atılacaq.
AzNews.az