- Qərb
- 00:08
- 2 378
ABŞ Prezidenti İranı güclü zərbə endirməklə hədələyib
ABŞ Prezidenti Donald Tramp Tehranın Hörmüz boğazını açmayacağı və Livandakı proksi qüvvələrinin fəaliyyətinin qarşısını almayacağı halda, İrana yenidən ağır zərbələr endiriləcəyini açıqlayıb.
Tramp bu barədə "Fox News"un müxbiri Trey İnqsta bildirib, eləcə də "Truth Social" sosial şəbəkə hesabında yazıb.
"Əgər İran Hörmüz boğazını bağlasa, mən onları yerlə yeksan edəcəyəm. Siz oranı bağlasanız, ölkəniz olmayacaq." - Tramp İranın İslam İnqilabı Keşikçiləri Korpusuna (SEPAH) müraciət edərək deyib.
"Məcbur qalsaq, boğazı nəzarətə götürməyimiz mümkündür. Əgər onlar razılaşma əldə etməsələr, biz rüsumlar alacağıq", - o bildirib.
Bundan əlavə, o, İranı "Hizbullah" qruplaşmasının da fəaliyyət göstərdiyi Livandakı proksi qüvvələrini cilovlamağa çağırıb.