Starmerin istefaya gedəcəyini xəbər verdi

Kir Starmer Birləşmiş Krallığın Baş naziri vəzifəsindən istefa verəcək.

AzNews.az xəbər verir ki, bunu ABŞ Prezidenti Donald Tramp "TruthSocial" sosial media platformasında yazıb.

"O, iki çox vacib məsələdə - immiqrasiya və enerji məsələlərində uğursuzluğa düçar olub. Ona ən xoş arzularımı çatdırıram!" - deyə Tramp qeyd edib.

Britaniya mediası da bir qədər əvvəl Starmerin bazar ertəsi istefasını elan edəcəyini bildirmişdi.