"İsrail danışıqlar prosesini pozmaq üçün fürsət gözləyir" - Fidan

İsrail ABŞ-İran danışıqlar prosesini pozmaq üçün fürsət gözləyir.

AzNews.az xəbər verir ki, bunu Türkiyənin xarici işlər naziri Hakan Fidan "Anadolu" agentliyinə müsahibəsində deyib.

O qeyd edib ki, Türkiyə ABŞ Prezidentinin xüsusi nümayəndəsi Stiv Uitkffla telefonla danışıqları müzakirə edib.

Fidan sazişin bütün detallarını və texniki aspektlərini dərhal həll etməyin çətin olacağını və zaman-zaman çıxılmaz vəziyyətlərin yarana biləcəyini bildirib.

"Əlbəttə ki, ilk fürsətdə vəziyyəti pozmaq üçün uyğun anı gözləyən İsrail həmişə var", - Türkiyənin xarici işlər naziri bildirib.