Bakıda dəhşətli qəza - 75 yaşlı qadın öldü (VİDEO)

Bakının Sabunçu rayonunun Ramana qəsəbəsində ölümlə nəticələnən qəza baş verib.

AzNews.az xəbər verir ki, ilkin məlumata görə, 214 nömrəli marşrut avtobusu yaşlı qadını vuraraq onun üstündən keçib. Zərərçəkən, 1951-ci il təvəllüdlü Bağda Sovin qızı aldığı xəsarətlərdən hadisə yerində ölüb.\

Faktla bağlı araşdırma aparılır.