- Köhnə - İdman
- 29 İyul 2013 13:27
- 5 947
Azərbaycan referisi UEFA Avropa Liqasının oyununa təyinat aldı

AzNews.az AFFA-nın rəsmi saytına istinadən məlumat verir ki, o, avqustun 1-də Norveçin "Tromse" klubu ilə Lüksemburqun "Differdange" komandası arasında keçiriləcək qarşılaşmanın baş hakimi olacaq.
Anar Salmanova Zeynal Zeynalov və Rza Məmmədov kömək edəcəklər. Dördüncü hakim funksiyasını Rəhim Həsənov yerinə yetirəcək.
Hakimlərimizin idarəçiliyinə Sergey Zuyev (Rusiya) qiymət verəcək.
Oyunun UEFA nümayəndəsi almaniyalı Tomas Veyinq olacaq.
AzNews.az