- Köhnə - Region
- 3 Avqust 2013 15:26
- 4 264
Holivud ulduzundan Kıvanc Tatlıtuğa şok təklif
Rasl əvvəlcə Ədirnə və Kapadokyaya baş çəkib. "Tvitter" sosial şəbəkəsində 1 milyondan çox təqibçisi olan aktyor Türkiyədə yaxşı vaxt keçirdiyini və bir çox aktyorla tanışdığını yazıb. "Bir həftədə 22 Türk filmi izlədim"- deyən oskar laureatı aktyor Türkiyənin məşhur şoumeni Cem Yılmazın "Yahşi Batı" filmini tərifləyib:
"Yahşi Batı"nı izləmisiz mi? Cem Yılmaz məni güldürdü. Çox axmaq və komik idi"
Təqibçiləri ilə "Tvitter"də söhbət edən və Türkiyə səyahətindən danışan Krou bir təqibçisindən gələn "Kıvanç Tatlıtuğla tanış olmusuz?" sualına, "bəli, yaxşı adamdı, yaxşı aktyordu"-yazaraq cavab verib.
Qeyd edək ki, məşhur aktyorun K.Tatlıtuğa öz filmində rol təklif etdiyi bildirilib. Kıvancın nə cavab verdiyi isə məlum deyil.
AzNews.az