Futbolçu meydanda dünyasını dəyişdi - FOTO

Argentina çempionatının III dəstəsində mübarizə aparan "Laferrrere" klubunun hücumçusu Ektor Sanabriya oyun zamanı həyatını itirib.

Apasport.az saytının məlumatına görə, hadisə "Xeneral Lamadrid"lə görüşün 29-cu dəqiqəsində baş verib.

Həkimlər futbolçuya meydanda ilkin tibbi yardımı göstərsə də, xəstəxanada onun həyatını xilas etmək mümkün olmayıb. Matçın baş hakimi Ernan Mastranxelo Argentina mətbuatına bildirib ki, futbolçu huşunu itirən zaman onun ürək fəaliyyətinin dayanmasına səbəb ola biləcək hansısa güclü mübarizədə iştirak etməyib. Çempionatın qarşıdakı turunun bütün oyunları bu üzdən 1 dəqiqəlik sükutla başlayacaq.

Qeyd edək ki, Ektor Sanabriya sabah 28 yaşını qeyd edəcəkdi.

AzNews.az
image description image description