Ronaldu mükafatlandırma mərasiminə qatılmayacaq

İspaniyanın "Real" klubunun futbolçusu Kriştianu Ronaldu Avropada ilin oyunçusunun mükafatlandırma mərasiminə qatılmayacaq.


Portuqaliyalı hücumçu Monakodakı tədbirə getməkdənsə, La Korunya şəhərinə yollanmağı üstün tutub.

Həmin şəhərdə Gerrero kuboku uğrunda keçiriləcək matçda "kral klubu" "Deportivo"nun qonağı olacaq və Bakı vaxtı ilə saat 22:00-da başlanacaq.

Qeyd edək ki, Avropanın ən yaxşı futbolçusu adına Kriştianu Ronaldudan əlavə, Lionel Messi ("Barselona", Argentina) və Frank Riberi ("Bavariya", Fransa) də namizəddir.


AzNews.az