Dərnəgüldə "Tayqa" yanır

Bakı şəhərinin Binəqədi rayonunda yerləşən obyektdə baş vermiş yanğın Fövqəladə Hallar Nazirliyi qüvvələrinin çevik müdaxiləsi sayəsində məhdudlaşdırılıb.

Bu barədə FHN-in Mətbuat xidmətindən bildirilib.

Hazırda yanğının tam söndürülməsi istiqamətində tədbirlər davam edir.

Sosial şəbəkələrdə yanğının Dərnəgüldə keçmiş məcburi köçkünlərin yaşadığı yataqxanaların yaxınlığında yerləşən "Tayqa" adlı supermarketdə baş verdiyi bildirilir.

AzNews.az

Close menu