Ağdərədə mülki şəxs minaya düşüb

Ağdərə rayonu ərazisində mülki şəxs minaya düşüb.

Aznews.az xəbər verir ki, hadisə rayonun Qırmızı kənd ərazisində qeydə alınıb.

Məlumata görə, Tərtər rayonu Yuxarı Qaradağlı kənd sakini 1978-ci il təvəllüdlü Hüseynov Telman Əhməd oğlu ərazidə mal-qara otararkən minaya düşərək xəsarət alib.

Tərtər Rayon Mərkəzi Xəstəxanasının təcili tibbi yardım şöbəsinə yerləşdirilən yaralaya ilkin tibbi yardım göstərilib.

T.Hüseynov sol ayağının pəncəsi və ayağının aşağı hissəsində çoxsaylı qəlpə yaraları alıb. Yaralının Bərdə Rayon Mərkəzi xəstəxanasının travmatologiya şöbəsinə köçürüləcəyi bildirilib.

Qeyd edək ki, hadisənin baş verdiyi ərazi keçmiş təmas xətti olub.

Minaya düşən şəxs hadisə yerindən təxliyə olunaraq aidiyyəti üzrə təhvil verilib.

Hadisə yerinə aidiyyəti üzrə hüquq mühafizə orqanları və ANAMA əməkdaşları cəlb olunub.

Faktla bağlı araşdırma aparılır.

AzNews.az