Kürdəmirdə həmkəndlisini bıçaqlayaraq öldürməkdə şübhəli bilinən şəxs saxlanılıb

Kürdəmir rayonunda həmkəndlisini bıçaqlayaraq öldürməkdə şübhəli bilinən şəxs saxlanılıb.

Aznews.az xəbər verir ki, bu barədə DİN-in Mətbuat Xidmətinin Şirvan regional qrupundan məlumat verilib.

Bildirilib ki, polis əməkdaşlarnın keçirdiyi əməliyyat tədbirləri nəticəsində cinayət əməlini törətməkdə şübhəli bilinən əvvəllər məhkum olunmuş Fəqan Əzizov saxlanılaraq istintaqa təhvil verilib.

Qeyd edək ki, hadisə mayın 30-da Sığırlı kəndində qeydə alınıb. Belə ki, kənd sakini, 1966-cı il təvəllüdlü Nuriyev Hafiz Çümşüd oğlu münaqişə zamanı həmkəndlisi tərəfindən bıçaqlanıb. Ağır xəsarət alan yaralı elə hadisə yerindəcə dünyasını dəyişib.