- Paytaxt
- 10:46
- 773
Prezident İlham Əliyev: 2026-cı ilin ilk yarısında Azərbaycan üzərindən tranzit daşımalarının həcmi 10 faiz artıb
2026-cı ilin ilk yarısında Azərbaycan üzərindən tranzit daşımalarının həcmi 10 faiz artaraq təxminən 8 milyon tona çatıb.
Aznews.az xəbər verir ki, bunu Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Türkmənbaşı şəhərində keçirilən MDB Dövlət Başçıları Şurasının iclasında çıxışı zamanı deyib.
Dövlət başçısının sözlərinə görə, əlverişli coğrafi mövqeyə malik Azərbaycan müasir nəqliyyat-logistika infrastrukturunu demək olar ki, sıfırdan yaradıb.
“Azərbaycan Şimal–Cənub və Şərq–Qərb beynəlxalq dəhlizləri üzrə etibarlı tranziti təmin etməklə regionun əsas nəqliyyat qovşaqlarından biri kimi mövqeyini ardıcıl şəkildə möhkəmləndirir”, – Prezident İlham Əliyev vurğulayıb.