- Ermənistan və Gürcüstan
- 10:19
- 589
Paşinyan: Azərbaycan dəmir yolu bir ilə yaxındır Ermənistan yükləri üçün açıqdır
Azərbaycan dəmir yolu bir ilə yaxındır Ermənistan yüklərinin daşınması üçün açıqdır.
Aznews.az xəbər verir ki, bunu Ermənistan Baş naziri Nikol Paşinyan Türkmənbaşı şəhərində keçirilən MDB Dövlət Başçıları Şurasının iclasında çıxışı zamanı deyib.
O bildirib ki, Ermənistanla Azərbaycan arasında ikitərəfli ticarət başlayıb.
Paşinyan, həmçinin, iki ölkə arasındakı dövlət sərhədinin 12 kilometrlik hissəsinin delimitasiya və demarkasiya edildiyini qeyd edib.