Günəşdə güclü partlayış: plazma buludu Yerə çatır

Günəşdə plazma emissiyası ilə müşayiət olunan, X sinfinə yaxın olan güclü partlayış baş verib.

Aznews.az xəbər verir ki, bu barədə Rusiya Elmlər Akademiyasının Günəş Astronomiyası Laboratoriyasının saytında məlumat dərc olunub.

Məlumata görə, artlayış ötən gecə Bakı vaxtı ilə 04:05 radələrində M8.2 səviyyəsində qeydə alınıb və partlayışdan sonra sıçrayan kütlə Yer planetinə doğru istiqamətlənib.

Alimlər plazma buludunun iyunun 1-də Yerə çatacağını proqnozlaşdırır.

Günəş partlayışları rentgen şüalanmasının gücünə görə beş sinifə bölünür: A, B, C, M və X. Minimal A0.0 sinfi Yer orbitində kvadratmetr başına 10 nanovatlıq şüalanma gücünə uyğundur. Növbəti hərfə keçdikdə güc 10 dəfə artır.