- Hadisə
- 16 İyun 22:00
- 817
Azərbaycanın müdafiə naziri Belarusa rəsmi səfər edib

Azərbaycanın müdafiə naziri general-polkovnik Zakir Həsənov Belarusa rəsmi səfər edib.
Aznews.az xəbər verir ki, onu bu ölkənin müdafiə naziri general-leytenant Viktor Xrenin qarşılayıb.
Səfər çərçivəsində Azərbaycan hərbi nümayəndə heyətinin rəhbəri ilə Belarusun siyasi və hərbi rəhbərliyi arasında bir sıra görüşlər, ölkədəki hərbi hissələrə, müdafiə sahəsi müəssisələrinə səfərlər nəzərdə tutulub.

