Qaribaşvili 5 il müddətinə azadlıqdan məhrum edildi

Gürcüstanın keçmiş Baş naziri İrakli Qaribaşvili 5 il müddətinə azadlıqdan məhrum edilib.

Aznews.az xəbər verir ki, o, Tbilisi Şəhər Məhkəməsinin zalında həbs olunub.

Vəkil Mixeil Şakulaşvili bildirib ki, sabiq hökumət başçısı cəzaçəkmə müəssisəsinə aparılıb.

Qeyd edək ki, məhkəmənin qərarı ilə Gürcüstan Baş Prokurorluğunun prosesual razılaşma haqqında vəsatəti təmin olunub.

Aznews.az