- Hadisə
- 2 İyul 12:03
- 1 376
Müstəntiq: Səfərov qardaşları posttravmatik şokdan vəfat edib, bu, çoxsaylı xəsarətdən olur

Şahid ifadələri, o cümlədən vizual dəlillər də Yekaterinburqda azərbaycanlıların saxlanılması və daşınması zamanı sistemli şəkildə fiziki zorakılığa məruz qaldığını bir daha təsdiq edir.
Bunu Baş Prokurorluğun İstintaq idarəsinin müstəntiqi Pərviz Cəlilov bu gün keçirilən brifinqdə deyib.
O bildirib ki, ekspertizanın ilkin rəyinə əsasən, Səfərov qardaşlarının hər biri posttravmatik və posthemorogik şokdan vəfat edib: “Bu da çoxsaylı fiziki xəsarətlərin nəticəsində baş verir".