• Qərb
  • 4 İyul 12:39
  •  2 211

Romada YDM-də partlayış baş verib

Romada yanacaqdoldurma məntəqəsində partlayış baş verib, 21 nəfər xəsarət alıb.

Bu barədə "Fanpage" qəzeti məlumat yayıb.

“Hazırda əsasən xilasedicilər və hüquq-mühafizə orqanlarının əməkdaşları olmaqla 21 nəfər xəsarət alıb”, - nəşr yazır.

Partlayış nəticəsində bir neçə binanın və “onlarla avtomobilin” zədələndiyi dəqiqləşdirilir. Partlayış yerinə bitişik məhəllələrdən sakinlər təxliyə edilib.

Mövsüm

Aznews.az