Azərbaycan qırıcıları “Anadolu Qartalı - 2025”də sonuncu uçuşlarını icra edib

Azərbaycan pilotları Türkiyənin Konya şəhərində keçirilən "Anadolu Qartalı" 2025 beynəlxlaq təlimində sonuncu uçuşlarını icra ediblər.

"Report"un Konyaya ezam olunan əməkdaşı xəbər verir ki, Azərbaycana məxsus "SU 25" təyyarələri 45 dəqiqə ərzində uçuşda olub.

Azərbaycan pilotlarının peşəkarlığı izləyicilər tərəfindən maraqla qarşılanıb.

Qeyd edək ki, təlimdə Azərbaycan və Türkiyə ilə yanaşı, ABŞ, Qətər, Macarıstan, Misir, Səudiyyə Ərəbistanı, İordaniya və NATO rəsmiləri iştirak edir.

Bundan başqa, Malaziya, Braziliya, Bolqarıstan, Mali və Nigeriya müşahidəçi qismində təlimi izləyir. Məqsəd ssenaridə, real müharibə şəraitində bütün iştirakçıların bilik, bacarıq və təcrübələrini bölüşmək və birləşmiş əməliyyatlar üçün təlim səviyyələrini artırmaqdır.

AzNews.az