- Hadisə
- 4 İyul 20:35
- 2 381
Emoməli Rəhmonun Azərbaycana səfəri başa çatıb

Tacikistan Respublikasının Prezidenti Emoməli Rəhmonun Azərbaycan Respublikasına səfəri iyulun 4-də başa çatıb.
Aznews.az xəbər verir ki, Füzuli Beynəlxalq Hava Limanında ali qonağın şərəfinə fəxri qarovul dəstəsi düzülmüşdü.
Prezident Emoməli Rəhmonu Azərbaycanın elm və təhsil naziri Emin Əmrullayev və Ağdam, Füzuli və Xocavənd rayonlarında Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəsi Emin Hüseynov yola salıblar.