Prezident İlham Əliyev Pezeşkiana Şuşadakı məscidlərin dağıdılmasından danışıb - VİDEO

Prezident İlham Əliyev iranlı həmkarı Məsud Pezeşkiana Şuşadakı məscidlərin dağıdılması barədə danışıb.

Dövlət başçımız işğal vaxtı Şuşadakı məscidlərin viran olunduğunu vurğulayıb.

Prezident qeyd edib ki, Şuşada 17 məhəllə, 17 məscid olub, onlardan 16-sı tam dağıdılıb, biri isə yarı dağıdılmış vəziyyətdə olub.

Qeyd edək ki, dövlət başçıları Azərbaycan dilində ünsiyyət qurublar.

Aznews.az həmin kadrları təqdim edir:

AzNews.az