Xınalıq yolunda köməksiz qalan macar turist xilas edilib

Xınalıq yolunda köməksiz qalan turist xilas edilib.

Aznews.az xəbər verir ki, ölkəyə turist kimi gəlmiş Macarıstan Respublikası vətəndaşı Quba rayonunun Xınalıq kəndindən geri qayıdarkən qarlı hava şəraiti səbəbindən idarə etdiyi avtomobillə yolda köməksiz vəziyyətdə qalıb.

Qımıl kəndi yaxınlığında yolun qarlı olması səbəbindən “Hyundai” markalı avtomobildəki turistin hərəkəti mümkün olmayıb. Quba Rayon Polis Şöbəsinin əməkdaşları ona lazımi köməklik göstəriliblər.

O, təhlükəsiz şəkildə hotelə yerləşdirilib.