Zəlzələnin ehtimal olunan tələfatı haqda məlumat verilməyib. Zəlzələnin ehtimal olunan tələfatı haqda məlumat verilməyib.

İranda güclü zəlzələ oldu

Zəlzələnin ehtimal olunan tələfatı haqda məlumat verilməyib.

İranın qərbində yerləşən Kirmanşah vilayətində 5,2 bal gücündə zəlzələ baş verib.

Bu barədə İranın Tehran Universiteti Geofizika İnstitutu Seysmologiya Mərkəzi məlumat verir.

Məlumata əsasən, bu gün yerli vaxtla saat 14:37 radələrində İranın Kirmanşah vilayətində 10 km dərinlikdə yeraltı təkanlar qeydə alınıb.

Zəlzələ Kirmanşah vilayəti Sumar rayonunun 22 kilometrliyi və İlam vilayəti Salehabad rayonunun 49 kilometrliyində baş verib.

Zəlzələnin ehtimal olunan tələfatı haqda məlumat verilməyib.

Xatırladaq ki, ötən il noyabrda İranın Kirmanşah vilayətində 6,4 bal gücündə baş verən zəlzələ nəticəsində 646 nəfər yaralanmışdı.(trend.az)

AzNews.az