İran ölkənin BRİKS-ə üzv olmasını tarixi hadisə adlandırır

İrana BRİKS-ə üzvlüyün verilməsi tarixi hadisədir.

Aznews.az xəbər verir ki, bu barədə İran prezidentinin siyasi məsələlər üzrə müavini Məhəmməd Cəmşidi bildirib.

O, X sosial media platformasında (əvvəllər Tvitter): "Tarixi bir addımla İran İslam Respublikası BRİKS-in daimi üzvü olur. İranın xarici siyasəti üçün strateji qələbədir. İslam İnqilabının Ali Rəhbərinə və böyük İran xalqına təbriklər",-deyə qeyd edib.

BRİKS Braziliya, Rusiya, Hindistan, Çin və Cənubi Afrikanı birləşdirir. Sammit 22-24 avqust tarixlərində Cənubi Afrikanın Yohannesburq şəhərində baş tutub. Cənubi Afrika Respublikasının Prezidenti Siril Ramafosa-nın dediyi kimi, Argentina, Misir, İran, BƏƏ, Səudiyyə Ərəbistanı və Efiopiya 2024-cü il yanvarın 1-dən BRİKS-ə qoşulacaq.

Mövsüm