Gürcüstanda torpaq sürüşməsi nəticəsində ölənlərin sayı 11-ə yüksəlib

Gürcüstanda leysan yağışların səbəb olduğu torpaq sürüşmələrində həyatını itirənlərin sayı 11-ə yüksəlib.

Gürcüstan Daxili İşlər Nazirliyindən verilən açıqlamada İmereti və Acarıstan bölgələrində güclü yağışlardan sonra baş verən sürüşmə nəticəsində bəzi insanların torpaq altında qaldığı bildirilib.

Açıqlamada, İmereti bölgəsinin Bağdati Bələdiyyəsinin Nergeeti kəndində 200 nəfərlik axtarış-xilasetmə qrupunun işi nəticəsində 9 nəfərin cansız bədəninin çıxarıldığı və axtarış-xilasetmə işlərinin davam etdirildiyi bildirilib.

Acarıstan bölgəsinin Xulo bələdiyyəsinin Tsoniaris və Txilvana kəndlərində torpaq sürüşməsi nəticəsində iki nəfər həyatını itirib.

Mövsüm

Aznews.az