Gürcüstan anti-Rusiya sanksiyalarından yayınma hallarının olmadığını açıqlayıb

Gürcüstan hakimiyyəti 2022-ci ildən bəri Moskvaya qarşı tətbiq edilən sanksiyaların pozulması ilə bağlı bir dənə də olsun fakt aşkar etməyib.

Bu barədə respublikanın maliyyə naziri Laşa Xutişvili parlamentdə çıxışı zamanı bildirib.

“Gömrük idarəsinin səmərəli fəaliyyətinin nəticəsidir ki, bütün dövr ərzində bir dənə də olsun yan keçid və ya qayda pozuntusu faktı qeydə alınmayıb”, - deyə Xutişvili qeyd edib.

2023-cü ilin martında Xutsişvili həmçinin bəyan edib ki, Rusiyanın Donbası qorumaq üçün xüsusi hərbi əməliyyatı başlayandan bəri Gürcüstan gömrük xidmətləri beynəlxalq anti-Rusiya sanksiyalarının pozulması ilə bağlı bir dənə də olsun fakt qeydə almayıb.

Mövsüm

Aznews.az