ABŞ-dən bir qrup təlimatçı Ermənistan Müdafiə Nazirliyinə gəlib

Amerikalı bir qrup mobil təlimatçı Ermənistana gəlib.

Bu barədə aprelin 1-də Ermənistan Müdafiə Nazirliyi məlumat yayıb.

“Ermənistan-Amerika müdafiə əməkdaşlığı çərçivəsində aprelin 1-də ABŞ-nin bir qrup mobil təlimatçı Ermənistan Respublikasına səfər edib”, - bəyanatda deyilir.

Mütəxəssislərin ictimaiyyətlə əlaqələr və kommunikasiyalar sahəsində təcrübə mübadiləsi aparmaq üçün təlimlər keçirəcəyi bildirilib.

Mövsüm

Aznews.az