Aİ xarici agentlər haqqında qanuna görə Gürcüstana qarşı sanksiyalar tətbiq edə bilər

Qərb Tbilisini xarici agentlər haqqında qanun qəbul etdiyinə görə cəzalandırmaqla hədələyir.

Bu barədə Rusiya mediası məlumat yayıb.

Bildirilib ki, bu ilin sonuna kimi Gürcüstana qarşı sanksiyalar tətbiq edə bilər.

Bundan əlavə, Avropa Parlamentinin deputatları hesab edirlər ki, Brüssel Tbilisinin Aİ üzvlüyünə namizəd statusunu ləğv edə bilər.

Bir sıra gürcü siyasətçiləri indi şəxsi sanksiyalar təhlükəsi altındadır.

Birləşmiş Ştatlar artıq birbaşa hədə-qorxuya qoşulub. Beləliklə, Vaşinqton viza məhdudiyyətlərinin tətbiqinə başlamaq niyyətindədir.

Gürcüstan sanksiyalardan qorxmadıqlarını vurğulayır.

Mövsüm

Aznews.az