- Dünyanın halı
- 10:39
- 801
51 ölkədən Rusiyaya çağırış: “Ukrayna sülh istəyir, biz sülh istəyirik”
Avropa ölkələri ilə Rusiya arasında gərginlik hər keçən gün artır.
Rusiyanın Ukraynaya hücumları fonunda tərəflər arasında münasibətlər qopma nöqtəsinə çatıb.
Avropa İttifaqına (Aİ) üzv 27 ölkə, eləcə də Böyük Britaniya, İsrail, Avstraliya, Cənubi Koreya və Yaponiyanın da daxil olduğu 51 ölkənin nümayəndələri Birləşmiş Millətlər Təşkilatının Təhlükəsizlik Şurasının (BMT TŞ) Ukrayna ilə bağlı iclası ərəfəsində ABŞ-ın Nyu-York şəhərində birgə bəyanatla çıxış ediblər.
Dərin narahatlıq ifadə edilib
Ukraynaya həmrəylik ifadə edilən bəyanatda Rusiyanın Ukraynanın müxtəlif bölgələrində mülki şəxslərə və mülki infrastruktura qarşı hücumları intensivləşdirdiyi bildirilib və bundan dərin narahatlıq ifadə olunub.
“Biz sülh istəyirik”
Bəyanatda Ukraynanın 2025-ci ilin martından etibarən “tam, dərhal və qeyd-şərtsiz” atəşkəsi qəbul etdiyi vurğulanıb.
“Rusiyanı sülhə aparan mənalı diplomatiya və danışıqlar istiqamətində atılmalı addım kimi nəhayət eyni addımı atmağa çağırırıq. Ukrayna sülh istəyir. Biz sülh istəyirik. Rusiya təcavüzə son qoymalı, atəşkəsi qəbul etməli və beynəlxalq hüquqa uyğun, hərtərəfli, ədalətli və davamlı sülhə nail olunması üçün danışıqlarda mənalı şəkildə iştirak etməlidir”, - deyə bəyanatda qeyd olunub.
Mövsüm,
AzNews.az