- Dünyanın halı
- 18:02
- 831
Ermənistan-Rusiya münasibətləri yeni reallığa uyğunlaşdırılmalıdır
Ermənistanla Rusiya arasındakı münasibətlərin transformasiyaya ehtiyacı var.
Bu barədə Ermənistan parlamentinin Xarici əlaqələr üzrə daimi komissiyasının sədri Sarkis Xandanyan bildirib.
“Bütün bu halları nəzərə almaq və münasibətlərimizi yeni reallığa uyğunlaşdırmaq lazımdır. Bu, Ermənistanla Rusiya arasında münasibətlərin kəsilməsi demək deyil. Əksinə, Ermənistan-Rusiya münasibətlərinin inkişafı üçün böyük potensial var”, - deyə onun sözlərini “Sputnik Ermənistan” yayıb.
O qeyd edib ki, İrəvan iqtisadi sahə də daxil olmaqla mövcud məsələlər üzrə Moskva ilə dialoqu davam etdirmək niyyətindədir. Xandanyan əlavə edib ki, Ermənistan-Rusiya münasibətlərinin gündəliyi geniş olaraq qalır və İrəvan əməkdaşlığın bütün istiqamətləri üzrə fəaliyyət göstərməyi planlaşdırır.
Mövsüm,
AzNews.az