- Qanundan kənarda
- 18:05
- 917
Tanışının evindən 33 min manat oğurladı
Bakının Xəzər rayonu ərazisində yerləşən mənzillərin birindən pul oğurlanması barədə polisə müraciət daxil olub.
DİN mətbuat xidmətindən AzNews.az-a verilən məlumata görə, polis əməkdaşlarının keçirdiyi tədbirlərlə talama cinayətini törətməkdə şübhəli bilinən V.Qurbanov saxlanılıb.
Araşdırmalarla saxlanılan şəxsin tanışının evindən 33 min manat pul vəsaitini oğurladığı müəyyən edilib.