- Dünyanın halı
- 17:59
- 1 021
ABŞ-nin NATO-dakı səfiri: Rusiya rəhbərliyi alyansla münaqişə istəmir
Rusiya rəhbərliyi Şimali Atlantika Alyansı ilə münaqişəyə can atmır. Bu barədə sentyabrın 23-də ABŞ-nin NATO-dakı səfiri Metyu Uitaker Çikaqo Qlobal Məsələlər Şurasının təşkil etdiyi panel müzakirəsindən sonra Des-Moyndə bildirib.
“Rusiya Prezidenti Vladimir Putin NATO ilə münaqişə istəmir”, - deyə “Associated Press” onun sözlərini yayıb.
Uitaker həmçinin Rumıniya və Polşada baş verən “dron müdaxilələrinin” radioelektron müharibənin qəsdən olmayan nəticəsi olduğunu bildirib.
Bundan əlavə, o, NATO ölkələrini Rusiyaya məxsus olduğu iddia edilən dronlarla bağlı insidentlərə “həddindən artıq reaksiya” verməməyə çağırıb.
Mövsüm,
AzNews.az