- Ermənistan və Gürcüstan
- 10:22
- 1 125
Simonyan Rusiyanı Ermənistanda hakimiyyət dəyişikliyinə cəhddə ittiham edib
Ermənistan parlamentinin sədri Alen Simonyan Rusiyanı ölkəsində hakimiyyət dəyişikliyi etməyə cəhd göstərməkdə ittiham edib.
AzNews.az xəbər verir ki, bu barədə məlumatı xarici media yayıb.
O bildirib ki, Rusiya Ukraynada öz maraqlarını hərbi yolla irəli sürməyə çalışdığı kimi, Ermənistanda da siyasi vasitələrlə təsir göstərməyə cəhd edir.
Simonyanın sözlərinə görə, Moskva öz məqsədlərinə çatmaq üçün onlayn reklam və informasiya resurslarına ciddi investisiya edir.
“Biz Ermənistanın ‘vilayətə’ çevrilməsinə imkan verməyəcəyik. Biz Belarus kimi idarə olunmayacağıq”, – deyə o vurğulayıb.