• Paytaxt
  • 22 Noyabr 2018 13:24
  •  1 066

“Bu, Şərq Tərəfdaşlığı üçün müsbət hal olmayacaq” - XİN

Məsələ Azərbaycanın Aİ yanındakı nümayəndəliyi tərəfindən araşdırılır.

Azərbaycan Xarici İşlər Nazirliyi bu ilin dekabr ayında Tiflisdə təşkil olunacaq Şərq Tərəfdaşlığı Vətəndaş Cəmiyyəti Forumunun onuncu illik iclasına rəsmi Bakının dəvət olunmamasına münasibət açıqlayıb.

Azərbaycan Xarici İşlər Nazirliyinin (XİN) mətbuat xidmətinin rəhbəri vəzifələrini icra edən Leyla Abdullayeva bildirib ki, məsələ Azərbaycannın Avropa İttifaqı yanındakı nümayəndəliyi tərəfindən araşdırılır: "Şərq Tərəfdaşlığı Vətəndaş Cəmiyyəti Forumuna Azərbaycanın rəsmi nümayəndələrinin dəvət olunmaması faktı öz təsdiqini taparsa, bu, əlbəttə ki, Şərq Tərəfdaşlığı üçün müsbət hal olmayacaqdır".

© AzNews.az