Azərbaycanın prokurorluq orqanlarında kadr dəyişiklikləri edilib. Azərbaycanın prokurorluq orqanlarında kadr dəyişiklikləri edilib.
  • Paytaxt
  • 10 Yanvar 2019 11:33
  •  5 240

Zakir Qaralov bu prokurorların yerini dəyişdi

Azərbaycanın prokurorluq orqanlarında kadr dəyişiklikləri edilib.

Cəbrayıl rayon prokuroru Maarif Hüseynov tutduğu vəzifədən azad edilərək Daşkəsən rayonuna prokuror təyin edilib.

Daşkəsən rayon prokuroru Elman Süleymanov isə Quba rayonuna göndərilib.

Quba rayon prokuroru Valeh Səmədov isə İmişli rayonuna təyinat alıb.

Baş Prokurorluğun Mətbuat Xidmətinin rəhbəri Eldar Sultanov məlumatı təsdiqləyib.(qafqazinfo.az)

© AzNews.az