• Paytaxt
  • 28 Yanvar 2019 13:14
  •  561

İranın Ticarət Palatasının sədri Bakıya gəlir

Səfər 6-8 fevralda baş tutacaq.

İranın Ticarət, Sənaye, Mədənlər və Kənd Təsərrüfatı Palatasının sədri Qulamhüseyn Şafei Azərbaycana səfər edəcək.

Bu barədə İranın Azərbaycandakı Səfirliyindən məlumat verilib.

Məlumata əsasən, səfər 6-8 fevralda baş tutacaq.

Şafeini səfərdə Azərbaycan-İran Birgə Ticarət Palatasının üzvləri və böyük iqtisadi heyət müşayiət edəcək.

Ərzaq maddələri, kənd təsərrüfatı, heyvandarlıq, avtomobilqayırma, elektron avadanlıqlar, neft-kimya və kimya maddələri, toxuculuq və səhiyyə turizmi sahələrində iranlı iş adamlarının Şafei ilə birlikdə Azərbaycana səfəri gözlənilir.

İranın Ticarət Palatası rəhbərinin Azərbaycanın iqtisadiyyat naziri Şahin Mustafayev, "Azərbaycan Dəmir Yolları" QSC-nin rəhbəri Cavid Qurbanov və Azərbaycan Sahibkarlar Təşkilatları Milli Konfederasiyasının prezidenti Məmməd Musayevlə görüşləri planlaşdırılır.(trend.az)

© AzNews.az