Prezident İlham Əliyev yeni təyin olunmuş səfirlərin etimadnamələrini qəbul edib. Prezident İlham Əliyev yeni təyin olunmuş səfirlərin etimadnamələrini qəbul edib.
  • Paytaxt
  • 3 Mart 2019 10:33
  •  2 450

Prezident İlham Əliyev yeni səfirlərin etimadnamələrini qəbul etdi - FOTOLAR

Prezident İlham Əliyev yeni təyin olunmuş səfirlərin etimadnamələrini qəbul edib.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev martın 3-də Venesuela Bolivar Respublikasının, Ruanda Respublikasının və Tailand Krallığının ölkəmizdə yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfirlərinin etimadnamələrini qəbul edib.

Venesuela Bolivar Respublikasının Azərbaycan Respublikasında yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Bernd Aleksander Bayerl, Ruanda Respublikasının səfiri Vilyams Nkurunziza və Tailand Krallığının səfiri Phantipha İamsudha Ekarohit etimadnamələrini Prezident İlham Əliyevə təqdim etdilər.(AZƏRTAC)

AzNews.az