“Bütün işləri nəzərə alaraq müzakirələr aparılmasını düşünürəm" “Bütün işləri nəzərə alaraq müzakirələr aparılmasını düşünürəm"
  • Paytaxt
  • 15 Mart 2019 18:08
  •  2 251

Novruz Məmmədov Milli Məclis üzvlərinə təşəkkür etdi

“Bütün işləri nəzərə alaraq müzakirələr aparılmasını düşünürəm"

“Mən bütün tövsiyə və təkliflərin, iradların nə qədər əhəmiyyətli olduğunu bilirəm”.

Bunu Milli Məclisin bu gün keçirilən plenar iclasında Nazirlər Kabinetinin ötənilki fəaliyyəti ilə bağlı hesabatın müzakirəsi zamanı baş nazir Novruz Məmmədov bildirib.

“Bütün işləri nəzərə alaraq müzakirələr aparılmasını düşünürəm. Bunu bilin ki, bəzi məsələlərlə bağlı artıq işlər gedir. Amma mən söz vermirəm ki, qaldırılan məsələlərin hamısı həll olunacaq. Bununla belə sizə təşəkkürümü bildirirəm və qeyd etmək istəyirəm ki, Azərbaycanda gedən proseslərdə Milli Məclisin böyük rolu var” , - deyə hökumət başçısı qeyd edib.

AzNews.az