• Paytaxt
  • 31 İyul 2019 18:18
  •  518

Prezident “Dövlət rüsumu haqqında” qanuna dəyişikliyi təsdiqləyib

Prezident İlham Əliyev “Dövlət rüsumu haqqında” qanunda dəyişiklik edilməsi barədə qanunu imzalayıb

Aznews.az xəbər verir ki, sənədə yeni - 17.6-1-ci maddə əlavə edilib.

Həmin maddədə deyilir: xarici ölkələrin müvafiq orqanları tərəfindən Azərbaycan Respublikasının vətəndaşlarına münasibətdə çoxdəfəlik giriş vizalarının rəsmiləşdirilməsi üçün tutulan rüsumun məbləği bu Qanunla eyni hərəkətlərə görə müəyyən edilmiş məbləğdən fərqli olduqda, dövlət rüsumunun dərəcəsi müvafiq icra hakimiyyəti orqanının qərarı ilə həmin ölkələrdə Azərbaycan Respublikasının vətəndaşlarına münasibətdə tutulan rüsum səviyyəsində müəyyən oluna bilər.