"Birləşmiş Millətlər Təşkilatının bütün qərarları yerinə yetirilməlidir" "Birləşmiş Millətlər Təşkilatının bütün qərarları yerinə yetirilməlidir"
  • Paytaxt
  • 14 Oktyabr 2019 20:58
  •  2 223

Özbəkistan prezidenti: “Azərbaycanın ərazi bütövlüyü çox mühümdür”

"Birləşmiş Millətlər Təşkilatının bütün qərarları yerinə yetirilməlidir"

"Azərbaycanın ərazi bütövlüyü çox mühümdür".

Bunu Özbəkistan Respublikasının Prezidenti Şavkat Mirziyoyev oktyabrın 14-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev ilə görüşdə deyib.

"Başlıcası, Siz Özbəkistanın həmişə - əvvəllər də, indi də Azərbaycanın ərazi bütövlüyünü dəstəklədiyini bilirsiniz və Siz buna əmin olmalısınız. Bu, bizim səmimi arzumuzdur. Çünki Azərbaycanın ərazi bütövlüyü çox mühümdür. Hər şey sülh yolu ilə olmalıdır, Birləşmiş Millətlər Təşkilatının bütün qərarları yerinə yetirilməlidir. İlham Heydər oğlu, biz bunu həmişə dəstəkləmişik və gələcəkdə də mütləq dəstəkləyəcəyik. Çünki bu, bizim qardaş Azərbaycanla bağlı niyyətimizdir", - deyə o qeyd edib.

AzNews.az