Birinci vitse-prezident Vladimir Putinin onu Rusiyanın əsl dostu adlandırmasını böyük şərəf adlandırıb Birinci vitse-prezident Vladimir Putinin onu Rusiyanın əsl dostu adlandırmasını böyük şərəf adlandırıb
  • Paytaxt
  • 22 Noyabr 2019 22:01
  •  2 754

Putin Mehriban Əliyevaya “Dostluq” ordenini təqdim etdi - FOTOLAR

Birinci vitse-prezident Vladimir Putinin onu Rusiyanın əsl dostu adlandırmasını böyük şərəf adlandırıb

Rusiya prezidenti Vladimir Putin Rusiya-Azərbaycan əlaqələrinin inkişafı və möhkəmləndirilməsindəki xidmətlərinə görə Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyevanı “Dostluq” ordeni ilə təltif edib.

“RİA Novosti” xəbər verir ki, Putin Əliyevaya ordeni Novo-Oqaryovodakı iqamətgahında təqdim edib.

“Diqqətinizi bunun düşünülmüş bir qərar olduğuna yönəltmək istəyirəm. Ona görə yox ki, Siz Rusiyaya gəlmisiniz və Azərbaycanın yüksək vəzifəli şəxslərindən birisiniz. Bu, Sizin işiniz, fəaliyyətiniz, bu gün ali səviyyədə olan və çox yüksək qiymətləndirdiyimiz dövlətlərarası əlaqələri dəstəkləməyinizlə əlaqəlidir”, - deyə Putin bildirib.

Prezident əlavə edib ki, ordenin adı da Mehriban Əliyevanın Rusiya-Azərbaycan əlaqələri üçün gördüyü işlərə münasibəti ifadə edir.

Birinci vitse-prezident Vladimir Putinin onu Rusiyanın əsl dostu adlandırmasını böyük şərəf adlandırıb.(qafqazinfo.az)




AzNews.az