Bunu Azərbaycan Prezidenti İlham Əliyev tvitterdə yazıb Bunu Azərbaycan Prezidenti İlham Əliyev tvitterdə yazıb
  • Paytaxt
  • 25 Oktyabr 2020 18:32
  •  3 871

“Ermənistanı inandırmalıdırlar ki, torpaqları boşaldacağına dair öhdəlik götürsün”

Bunu Azərbaycan Prezidenti İlham Əliyev tvitterdə yazıb

“BMT-nin Nizamnaməsi hər bir ölkənin özünümüdafiə hüququnu təmin edir. Biz özümüzü müdafiə edirik və Azərbaycanın beynəlxalq səviyyədə tanınan ərazilərini işğaldan azad edirik”.

AzNews.az xəbər verir ki, bunu Azərbaycan Prezidenti İlham Əliyev tvitterdə yazıb.

Dövlət başçısı bildirib ki, ATƏT-in Minsk qrupunun həmsədrləri mandatlarına uyğun olaraq bitərəf qalmalı və tərəf tutmamalıdırlar:

“Həmsədrlər Ermənistanı inandırmalıdırlar ki, təcavüzə son qoysun, atəşkəsə sadiq olsun və torpaqları boşaldacaqlarına dair öhdəlik götürsün”.