- Paytaxt
- 24 Dekabr 2020 00:04
- 5 196
Prezident: "Ermənilər açıq-aşkar oğurluq ediblər"
Dövlət başçısının videogörüntüsünü Azərbaycanın Birinci Vitse-prezidenti Mehriban Əliyeva özünün instaqram səhifəsində paylaşıb
“Seləli – bura da dağıdılıb. Görün nə günə qoyublar! Mən hələ müharibədən əvvəl deyirdim ki, bizim bütün kəndlərimiz, şəhərlərimiz talan edilib. Ermənilər dam örtüklərini, pəncərə çərçivələrini, hər şeyi aparıblar. Açıq-aşkar oğurluq ediblər. Bizim torpaqlarımızı istismar ediblər”.
AzNews.az xəbər verir ki, bu sözləri Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Qubadlı rayonunun Seləli kəndinə səfəri zamanı deyib.
Dövlət başçısının videogörüntüsünü Azərbaycanın Birinci Vitse-prezidenti Mehriban Əliyeva özünün instaqram səhifəsində paylaşıb.