Regional məsələlər müzakirə olunacaq Regional məsələlər müzakirə olunacaq
  • Paytaxt
  • 22 Fevral 2021 14:15
  •  4 261

Ceyhun Bayramov Mövlud Çavuşoğluyla görüşəcək

Regional məsələlər müzakirə olunacaq

Xarici işlər naziri Ceyhun Bayramov fevralın 23-də Türkiyəyə səfəri çərçivəsində türkiyəli həmkarı Mövlud Çavuşoğlu ilə görüşəcək.

AzNews.az xəbər verir ki, görüş zamanı iki ölkə arasında münasibətlər və regional məsələlər müzakirə olunacaq.

Qeyd edək ki, C.Bayramov həm də Türkiyə-Azərbaycan-Türkmənistan xarici işlər nazirlərinin 5-ci üçtərəfli iclasında iştirak edəcək.