Ş.Abdullayev Şuraya yeni iclasında uğurlar arzulayıb Ş.Abdullayev Şuraya yeni iclasında uğurlar arzulayıb
  • Paytaxt
  • 25 Fevral 2021 16:00
  •  5 190

Azərbaycan və Səudiyyə Ərəbistanı əməkdaşlığın yeni imkanlarını müzakirə edib

Ş.Abdullayev Şuraya yeni iclasında uğurlar arzulayıb

Azərbaycanın Səudiyyə Ərəbistanındakı səfiri Şahin Abdullayev Ər-Riyadda Səudiyyə Ərəbistanı və Azərbaycanın Parlament Dostluq Komitəsinin üzvləri ilə görüşüb.

AzNews.az “Saudi Press Agency”yə istinadən xəbər verir ki, görüş əş-Şura Məclisinin üzvü, komitənin başçısı doktor Fayz Əl-Şehrinin həmsədrliyi ilə keçirilib.

Görüşdə iki ölkə arasında müxtəlif sahələrdə, xüsusən də əş-Şura Məclisi ilə Azərbaycan Milli Məclisi arasındakı parlament əlaqələri səviyyəsində əməkdaşlığın gücləndirilməsinin müxtəlif yolları müzakirə edilib.

Ş.Abdullayev Şuraya yeni iclasında uğurlar arzulayıb və Krallığın Fars körfəzi bölgəsində və xaricində təhlükəsizliyin, sülhün və sabitliyin möhkəmləndirilməsi siyasətinə görə minnətdarlığını bildirib.

Səudiyyə Ərəbistanı və Azərbaycan 2017-ci ilin fevralında diplomatik münasibətlərin qurulmasının 25 illiyini qeyd ediblər.